Sanksiyalar artıq Rusiyaya təsir etməyə başlayıb
01.05.2022
Rusiyaya tətbiq etdiyimiz birgə iqtisadi sanksiyalar önəmlidir və artıq nəticəsini verməyə başlayıb.
"DM" xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiryakos Miçotakis "Real Nyus"a açıqlamasında deyib.
"Avropa iqtisadiyyatı Rusiya təbii qazını alternativ ölkələr hesabına qısa zamanda tamamilə kompensasiya edə bilməyəcəyi üçün AB ölkələrinə Rusiyadan daha çox zərərin dəyməməsinə səy göstərmək lazımdır", - Miçotakis bildirib.