ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kiyevə yollanıb
01.05.2022
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ukraynanın paytaxtı Kiyevə gedib
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter” səhifəsində bildirib.
"Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüş. ABŞ Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyiniz köməyə görə sizə təşəkkür edirik!”, - Ukrayna lideri paylaşımında qeyd edib.