Şahbaz Xuduoğlu: "Kitab yatmaq üçün deyil, oyanmaq üçündür" - VİDEOÇARX
30.04.2022
"Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə maarifləndirici xarakter daşıyan yeni bir layihəni reallaşdıraraq sosial şəbəkələrdə yayımlayıb.
"Mən niyə kitab oxuyuram” layihəsində ölkənin tanınmış ziyalılarının, intellektual sənət adamlarının maraqlı fikirləri qısa videoçarxlar şəklində yer alır.
Böyük əhəmiyyət kəsb edən bu layihənin vacibliyini nəzərə alaraq tanınmış naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun videoçarxını izləyicilərimizə təqdim edirik: