Azərbaycan neftinin qiyməti artıb
30.04.2022
Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 2,45 ABŞ dolları, yaxud 2,22% artıb.
"Azeri Light” markalı neftin qiyməti 112,26 ABŞ dollarına çatıb.
Xatırladaq ki, "Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.