21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əliyev:“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq şəkildə edirik”

29.04.2022

Biz Ukraynanın və digər bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq şəkildə edirik. Böyük ağacların arxasında gizlənmirik.

"Devran Media" xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var: "Amma bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri isə siyasi üstünlüklərə əsaslanaraq şərh edilməməlidir. Bizə qarşı həmişə bu mövqedən yanaşıblar. Çünki Ukrayna hadisələrindən əvvəl də, beynəlxalq ictimaiyyət tərəfindən həmişə və çox açıq şəkildə Gürcüstanla Moldovanın ərazi bütövlüyünə dəstək ifadə olunurdu. Bizə gələndə isə həmişə mesaj verilirdi ki, gedin sülh yolu ilə razılaşın. Lakin ərazinizi tərk etmək istəməyən təcavüzkarla sülh yolu ilə necə razılaşmaq olar?! Biz çalışdıq, mən 17 ilə yaxın çalışdım, amma gördük ki, bu, mümkün deyil və gördük ki, biz bunu sülh yolu ilə etmək istədikcə, təcavüzkar daha da təkəbbürlü olur və aqressivləşir. Onlar artıq bizi yeni ərazilər uğrunda yeni müharibə ilə qorxutmağa, "Qarabağ Ermənistandır” deyə fikirlər söyləməyə başladılar. Amma indi nə deyirlər? İndi deyirlər "Qarabağ Azərbaycandır!” 2019-cu ildə "Qarabağ Ermənistandır” deyən adamlar dedi bu sözü. Biz öz əlimizlə, canımızla yeni reallıq yaratdıq. Deməli, biz bunu yaşadıq və hesab edirəm ki, ləyaqət, ərazi bütövlüyü və ədalət hər bir ölkə üçün vacibdir”.