Əfv Komissiyasının növbəti iclası keçirilib
29.04.2022
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, iclasda daha 100-dən çox müraciətə baxılıb:
"Bununla da baxılan müraciətlərin sayı 200-ü ötüb. 28 May - Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Növbəti iclaslarda da müraciətlərə baxılacaq”.
Qeyd edək ki, Komissiyanın aprelin 26-da keçirilən ilk iclasında əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Növbəti iclasın isə mayın 6-da keçiriləcəyi gözlənilir.