21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əliyevdən Ukrayna ilə bağlı açıqlama

29.04.2022

Bizim təcrübəmizə əsaslansaq, əsas məsələ işğalla heç vaxt razılaşmamaqdır.

"DM" xəbər verir ki, bunu Prezident İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə öz təcrübələrinə əsaslanaraq Ukraynaya verə biləcəyi tövsiyələrə dair suala cavab verərkən bildirib.

Dövlət başçısı işğal dövründə Azərbaycanın ərazi bütövlüyünə dair mövqelərini dəyişdirmək barədə dəfələrlə təklif aldığını diqqətə çatdırıb:

"Mən deyirdim ki, heç zaman mən və Azərbaycan xalqı torpaqlarımızda daha bir qondarma erməni dövləti yaradılmasına razı olmarıq. Heç vaxt”.

"Əvvəla, bizim təcrübəmiz göstərir ki, ərazi bütövlüyünün pozulmasına əsla razılıq vermək olmaz. İkinci öyrəndiyim məsələ resurslara güvənməkdir. Üçüncüsü, beynəlxalq təşkilatların qərar və qətnamələrinə arxalanmayın. Onların heç bir önəmi yoxdur” – deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ukraynanın da, digər ölkələrin də ərazi bütövlüyünü dəstəkləyir.