Türkiyə hava məkanı 3 gündə 30 dəfə pozulub
29.04.2022
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, yunan təyyarələri 3 gün ərzində Türkiyə hava məkanını 30 dəfə pozub.
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ilk dəfə aprelin 26-da Türkiyə hava məkanını 6 dəfə pozub.
27 aprel tarixində baş verən pozuntularda Yunanıstan Hərbi Hava Qüvvələri Didim, Datça və Dalaman da daxil olmaqla, Türkiyə hava məkanında 22 pozuntu törədib.