Rusiya ordusu “Azadlıq” radiosunun jurnalistini öldürüb
29.04.2022
Ukraynanın paytaxtı Kiyevdə "Azadlıq” radiosunun jurnalisti Vera Giriç həlak olub.
Bu barədə onun həmkarı Aleksandr Demçenko məlumat verib.
A.Demçenko əlavə edib ki, Rusiya ordusunun atdığı raket Vera Giriçin evinə düşüb və nəticədə jurnalist faciəvi şəkildə həlak olub.
Mənbə: Segodnya