Sumqayıtda IVECO markalı avtomobillərin istehsalına başlanılır
29.04.2022
Sumqayıt Kimya Sənaye Parkında "Az-Tex-Import” MMC-yə rezidentlik statusu verilib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında "Az-Tex-Import” MMC tərəfindən sənaye parkının üç hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə IVECO markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək.
İnvestisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.
Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.