Əliyev Fransa ilə münasibətlərdən danışıb
29.04.2022
Dünyanın aparıcı dövlətlərindən biri olduğu üçün Fransa ilə əlaqələr Azərbaycan üçün vacibdir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə Fransa ilə əməkdaşlıq məsələsini şərh edərkən deyib.
Dövlət başçısı iki ölkə arasında mədəniyyət sahəsində dərin əməkdaşlığın qurulduğunu bildirib:
"Siyasi münasibətlərimizə gəlincə, bu, normaldır, deyərdim ki, normaya düşür. Biz orada yaşayan erməni icmasının təsiri olduğunu da başa düşürük. Amma Fransa ilə münasibətlər bizim üçün önəmlidir, çünki o, dünyanın aparıcı ölkələrindən biridir. Bu, həm də bizim mövqeyimizi təqdim etmək baxımdan da əhəmiyyətlidir”.