Ukraynanın bu şəhəri alınmaz qaladır
29.04.2022
Rus ordusunun indi Xarkovu tutmaq şansı yoxdur, şəhər etibarlı şəkildə qorunur.
"DM" xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov deyib.
"Düşünürəm ki, bu gün Xarkovu ələ keçirmək mümkün deyil. Çünki ora əslində qalaya çevrilib. Xarkova hücum isə Mariupola hücum kimi olmayacaq. Bu alınmaz qaladır. Olduqca yaxşı şəkildə müdafiə olunur”, - o bildirib.