21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kiyevdə səfirliyimiz bərpa edilib?

29.04.2022

Xarici İşlər Nazirliyinin bildirdiyi kimi, bu gündən Azərbaycanın Kiyevdəki səfirliyi elə əvvəlki ünvanda öz işinə başlayıb. Bütün səfirlik əməkdaşları iş başındadır.

Bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

O bildirib ki, səfirlik əməkdaşlarının bir hissəsi Kiyevdə, bir qismi Lvovda, bir qismi də Bakıdan işlərini davam etdirir:

"Mən özüm də Bakıda fəaliyyətimi davam etdirirəm. Ötən gün səfirlikdən Ukraynanın Dnepr şəhərinə 20 ton humanitar ərzaq yardımı yola salınıb, Xarkov şəhərinə isə 10 tondan yuxarı humanitar yardım göndərilib”, - deyə səfir qeyd edib.

Səfir özü də daxil olmaqla, bütün əməkdaşların Kiyevə qayıtma vaxtı haqda bunları qeyd edib:

"Hər şey vəziyyətdən asılıdır. Müvafiq qurumlarımız bununla bağlı dəyərləndirmə edib, qərar verirlər”.

Qeyd edək ki, Dneprə yola salınan 20 ton ərzaq yardımının 10 tonunu "Azərsun”, 10 tonunu isə "Veysəloğlu” səfirliyin xahişi ilə ayırıb.

Yeri gəlmişkən, xatırladaq ki, "Azərsun Sənaye Parkı”nda ötən gün güclü yanğın baş verib.