17:07:19 15 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

" Bu, Ermənistan vandalizminin illüstrasiyasıdır "

29.04.2022

Şuşada beynəlxalq konfrans iştirakçılarının gördükləri Ermənistanın işğal illərində törətdiyi barbarlığın və vandalizmin illüstrasiyasıdır.

"DM" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısının sözlərinə görə, bu formatda görüş artıq ənənə halını alıb, bundan öncəki görüş ötən ilin aprelində postmünaqişə vəziyyətini müzakirə etmək üçün keçirilib.

O, ziyarətə görə bütün qonaqlara təşəkkürünü bildirib:

"Hesab edirəm ki, Şuşa şəhərini, eləcə də bu şəhərə gedən yolda və Şuşanın özündə olan bütün dağıntıları görmək üçün maraqlı fürsət oldu. Məncə, gördükləriniz işğal ərzində yaşadıqlarımız, habelə təkcə birinci Qarabağ müharibəsi nəticəsində baş vermiş genişmiqyaslı dağıntılar deyil, həm də bu 30 illik işğal zamanı Ermənistanın törətdiyi vəhşilik, vandalizmin illüstrasiyasıdır”.