ABŞ Ukraynaya rekord məbləğ ayırmağa hazırdır
29.04.2022
Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda ABŞ Konqresi Prezident Co Baydenin Ukraynaya 33 milyard dollar yardım təklifini dəstəkləyəcək.
Bunu federal qurumun Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.
Pelosinin sözlərinə görə, ABŞ Ukrayna üçün lazım olan həcmdə, o cümlədən müdafiə, iqtisadi və humanitar ehtiyaclar sahəsində yardım göstərməyə hazırdır:
"Konqres Rusiya rəsmiləri və oliqarxlarının Ukraynaya qarşı başlayan müharibəyə görə məsuliyyətə cəlb edilməsi tələbini də dəstəkləyəcək”.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin Konqresdən Ukraynaya müdafiə və humanitar sahədə kömək, eləcə də Avropa ölkələrinin müdafiəsini gücləndirmək üçün 33 milyard dollar ayırmağı xahiş edəcəyi haqda ötən gün məlumat yayılmışdı.