İnsan alveri cinayətlərinin 2,7 %-ni məcburi əmək cinayətləri təşkil edib
28.04.2022
Son 17 ildə Azərbaycanda 51 məcburi əmək cinayəti aşkarlanıb.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, bu, 2005-2021-ci illərdə aşkar edilmiş 1916 insan alveri cinayətinin 2,7 %-ni təşkil edir: "Bu isə məcburi əmək cinayəti əməllərinin ölkəmiz üçün xarakterik olmadığını göstərir”.