İsveçli rejissor Şuşa barədə sənədli film hazırlayır
28.04.2022
İsveçdən olan məşhur fotoqraf, sənədli filmlər üzrə rejissor Mikael Silkeberg Şuşa barədə sənədli film hazırlayır.
Rejissor bildirib ki, filmin əsas xəttində Şuşanın simvolu olan Xarıbülbül dayanacaq.
Onun sözlərinə görə, Şuşada çəkilişlər demək olar başa çatıb.
Rejissor filmin bir hissəsinin çəkilişlərinin Bakıda aparılacağını da diqqətə çatdırıb.
"Şuşada məni ən çox təsirləndirən məqamlardan biri də güllələnmiş heykəllər oldu”, - rejissor vurğulayıb.
Mikael Silkeberg əlavə edib ki, filmin Türkiyədə nümayişi də nəzərdə tutulub.