İnformatika fənni buraxılış imtahanlarına salınacaq
28.04.2022
"Yaxın iki il ərzində informatika fənni buraxılış imtahanlarına salınacaq”.
Bunu təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtidadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu, ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacaq: "İnformatika fənninin buraxılış imtahanlarında istifadəsi bizim üçün gərəklidir. Bununla bağlı narazılıqlar ola bilər. Amma gəlin bu narazılıqlara qarşı çıxaq”.