03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əzizov Bakıdakı qəzalı binalardan danışıb

28.04.2022

Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.

"DM" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, qəzalı binaların inventarizasiyası aparılır:

"Bu binalar kateqriyalara bölünəcək. Birinci növbədə informasiya bankını yaratmalıyıq. Daha sonra nəticələr təhlil olunacaq”.

İcra başçısı ilkin mərhələdə hansı ərazilərdə qəzalı binaların bərpasının və ya sökülməsinin nəzərdə tutulması barədə də danışıb:

"Komissiya bölünüb və bütün 12 rayonda da bu inventarizasiya işləri gedir. Ondan sonra dövlət səviyyəsində məsələlər qaldırmalıyıq və müvafiq qaydada bu məsələlərin həllinə çalışacağıq”.