Bayden Yaponiya və Koreyaya səfər edəcək
28.04.2022
ABŞ Prezidenti Co Bayden 20-24 may tarixlərində Yaponiya və Cənubi Koreyaya səfər edəcək.
"DM" xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki açıqlama yayıb.
"Bayden hökumətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında əlaqələri daha da gücləndirmək üçün Cənubi Koreya və Yaponiyaya səfər edəcək”, - Psaki bildirib.