Trampdan 5 milyard dollarlıq təklif
14.09.2018
ABŞ prezidenti Donald Trampın fələstinlilərə qarşı humanitar yardımın qarşısını kəsməsinin səbəbləri aydınlaşıb.
"Dövran Media" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Fələstini İsraillə danışıqlar masasına gətirtmək üçün 5 milyard dollar humanitar yardım təklif edib.
İsrail mənbələri bildirir ki, bu təklif Trampın kürəkəni Cared Kuşner və beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə Ceyson Qrinblat tərəfindən irəli sürülüb.
Lakin Qrinblat bunu təkzib edib.