AŞPA Rusiya Federasiyası üçün beynəlxalq tribunalın yaradılmasını dəstəkləyib
28.04.2022
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq tribunalın yaradılmasını tələb edən qətnamə qəbul edib.
Bu barədə AŞPA-nın saytında məlumat verilib.
Assambleya Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsini "sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa görünməmiş hücum” adlandırıb.
Mənbə: Pravda Ukrainı