Rus ordusunda pilot və raket çatışmır
28.04.2022
Hazırda Rusiya ordusunda ixtisaslı pilot çatışmazlığı var. Bunu onların Ukrayna şəhərlərinə raket zərbələri endirmək taktikası sübut edir.
Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin Donetsk və Luqansk vilayətləri üzrə departamentlərinin keçmiş rəisi, general-mayor Aleksandr Petruleviç deyib.
"Onların pilotları yoxdur. Kamikadzelər kimi təyyarə və helikopterlərlə birlikdə ölənləri saymasaq, görün onların hansı pilotlarını əsir götürmüşük: alay komandirinin müavini və eskadrilya komandirini. Fikir verin! Belə çıxır ki, uçmağa pilot qalmayıb”, - o bildirib.
Petruleviç vurğulayıb ki, rus hərbçilərin raketləri belə yoxdur:
"Problem budur. Son zamanlar sadə məhvetmə taktikasından istifadə edirlər – Qroznıdakı, Suriyadakı kimi. Yalnız bir şeyi başa düşmürlər - onlar cavab verməli olacaqlar. Bütün bunlara görə cavab verəcəklər”.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri rusların 185 təyyarəsi və 155 helikopteri məhv edilib.