Nigar İsmayılqızı VƏFAT ETDİ
14.09.2018
Uzun zamandır leykozdan (qan xərçəngi) əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı vəfat edib.
"Dövran Media" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Xatırladaq ki, N.İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi.
Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü olan xanım jurnalist 34 yaşında idi.
Allah rəhmət eləsin! /axar.az/