Rusiya Əsgərovu nasizmdə ittiham edib
27.04.2022
Rusiya İstintaq Komitəsi "Nə? Harada? Nə vaxt?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərova nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb.
Bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.
Məlumata görə, Əsgərov aprelin 6-da Feysbuk sosial şəbəkəsində Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.
Qeyd edək ki, 1972-ci ildə Bakıda anadan olan R.Əsgərov BDU-nun Tarix fakültəsini bitirib. Tarix elmləri namizədidir.
Rövşən Əsgərov "Nə? Harada? Nə vaxt?" komandasının tanınmış üzvü olub. 1989-2018-ci illərdə breyn-rinq komandalarında oynayıb. Moskvada yaşayan R.Əsgərov "Sport-Ekspress” qəzetinin icmalçısı kimi çalışıb. 2009-cu ildən "Baku” jurnalının piar-direktorudur.