Almaniya şirkətləri azad olunmuş ərazilərdə yol çəkilişində iştirak edir
27.04.2022
Almaniya şirkətləri Azərbaycanın azad olunmuş torpaqlarında rekonstruksiya işlərində iştirak edir.
"DM" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.
O bildirib ki, Almaniyanın iki şirkəti azad olunmuş ərazilərdə yol çəkilişində iştirak edir.
"Həmçinin bu ərazilərdə rekonstruksiya işlərində iştirak edən Türkiyə, İsrail şirkətləri Almaniya texnologiyasından istifadə edir”, - diplomat vurğulayıb.