Fransalı diplomat Bakıya gələcək
27.04.2022
Gələn həftə Fransanın AB-nin Şərq Tərəfdaşlığı proqramı üzrə səfiri Bris Rokfey Bakıya rəsmi səfərə gələcək.
Bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.
"Səfər aprelin 11-də İrəvandan başlayan regional səfərin davamı olacaq. Paris Ermənistan və Azərbaycan XİN başçılarının birbaşa dialoqunu və iki ölkənin sərhəd məsələləri və sülh müqaviləsinin bağlanması üzrə ikitərəfli komissiya yaratmaq qərarını alqışlayır. Fransa bu prosesə dəstək göstərmək niyyətindədir”, - məlumatda qeyd olunub.
Aprelin 28-29-da NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi səfiri Xavyer Kolomina da eyni missiya ilə Bakıya səfər edəcək. Kolomina bundan əvvəl İrəvan və Tiflisdə səfərdə olub.