ABŞ-dan Pxenyana növbəti ZƏRBƏ
13.09.2018
ABŞ növbəti dəfə Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.
"Dövran Media" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Şimali Koreya ilə əlaqələrinə görə, Rusiyanın "Volasys Silver Star” və Çinin "Yanbiyan Silver Star” şirkətlərini qara siyahıya əlavə edib.
Sözügedən şirkətlərin ABŞ-dakı əmlaklarına da həbs qoyulub.