21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya Britaniya parlamentinin 287 deputatına sanksiya tətbiq edib

27.04.2022

Rusiya Britaniyanın İcmalar Palatasının 287 üzvünə qarşı şəxsi məhdudiyyətlər tətbiq edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirib.

"Bu il martın 11-də Böyük Britaniya hökumətinin Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının 386 deputatının sanksiya siyahısına daxil edilməsi ilə bağlı qəbul etdiyi qərara cavab olaraq, qarşılıqlılıq əsasında Böyük Britaniya Parlamentinin İcmalar Palatasının 287 deputatına qarşı şəxsi məhdudiyyətlər tətbiq edilir”, - Rusiya XİN-in saytında yerləşidirlən bəyanatın mətnində qeyd olunub. Bildirilib ki, hazırda Rusiya Federasiyasına girişi qadağan edilən bu şəxslər Londonda anti-Rusiya sanksiya alətlərinin təsis olunmasında ən fəal iştirak ediblər, Böyük Britaniyada rusofob isteriyasının əsassız şəkildə qızışdırılmasına töhfə veriblər”.