Moldova və Fransa XİN başçıları Dnestryanı bölgə ətrafındakı vəziyyəti müzakirə ediblər
27.04.2022
Baş nazirin müavini, Moldovanın xarici işlər naziri Nikolae Popesku və Fransanın xarici işlər naziri Jan-İv Le Drian aprelin 27-də baş tutan telefon danışığı zamanı Dnestryanı bölgə ətrafında vəziyyətin kəskinləşməsi ilə bağlı problemi müzakirə ediblər.
Qeyd olunur ki, Popesku Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə Fransaya minnətdarlığını bildirib.
"Mən nazirlə enerji sektorundakı problemlər, o cümlədən Fransanın bu sahədə dayanıqlılığın artırılmasına verdiyi dəstək haqqında da söhbət etdim”, – deyə nazir qeyd edib.
Mənbə: Rambler.ru