Quterreş Putinlə görüşü haqda Ərdoğana danışıb
27.04.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə Ərdoğana məlumat verib.
Qeyd edək ki, Quterreş Putinlə görüşdən öncə türkiyədə olmuş və Ərdoğanla görüşmüşdü.