Akardan minalarla bağlı açıqlama
27.04.2022
Qara dənizdə məhv edilən minalarla bağlı müxtəlif rəqəmlər irəli sürülüb. Bunlara ehtiyatla yanaşmaq lazımdır. İndiyədək üç mina təhlükəsiz şəkildə məhv edilib.
Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Biz indi körfəzləri yaxından izləyirik. Giriş-çıxışa nəzarət etmək və heç bir sürprizlə qarşılaşmamaq üçün əlavə tədbirlər gördük, aşkarlanması üçün radarlar quraşdırdıq. Hazırda rahatlıqla deyə bilərik ki, İstanbul körfəzində dəniz nəqliyyatı ilə bağlı heç bir problem yoxdur”, - Akar bildirib.