Metroda 9 dəqiqə gecikmə: sıxlıq yaranıb
27.04.2022
Bakı metrosunda qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.
"DM" xəbər verir ki, gecikmə metronun "İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.
Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, çox güman ehtiyat qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval artıb:
"Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”.