21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hippi: Ukraynanın Rusiyaya hücum etmək hüququ var

26.04.2022

Ukrayna qanuni olaraq Rusiyadakı hərbi obyektlərə hücum edə və düşmənin maddi-texniki təminatına zərbə vura bilər.

Bunu Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi deyib.

"Ukrayna öz torpağında dinc yaşayan suveren ölkədir və başqa bir ölkə onun sərhədlərini pozaraq, bu sərhədlərə 130 min əsgər yerləşdirmək qərarına gəlib. Rusiya ilə Ukrayna arasındakı müharibə belə başladı. Müharibə zamanı Ukrayna Rusiyanın logistika xətlərinə, yanacaq təchizatına, silah anbarlarına hücum etmək üçün onlara içərilərdə zərbə endirməlidir. Bu, müharibənin bir hissəsidir”, - Hippi bildirib.

Hippinin fikrincə, beynəlxalq tərəfdaşların verdiyi silahların istifadəsi problem deyil.