Evi sökülən şəxs özünü DİN-in qarşısında yandırıb
26.04.2022
Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.
"DM" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar.
"Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”.