21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyada avtomobil istehsalı çöküb

26.04.2022

Qərbin sanksiyalarının ən çox təsir etdiyi sahələrdən biri də Rusiyanın avtomobil sənayesidir. Hazırda AvtoVAZ-ın istehsal gücünün 6 faizindən istifadə olunur, UAZ aprelin 30-dan avtomobol istehsalını dayandırır, KamAZ-ın istehsalında problemlər yaranıb, "Toyota”, "Nissan”, "Volksvagen” və digər xarici şirkətlər ölkədə avtomobil yığılmasını dondurub.

"DM" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

"Rəsmi məlumata görə, bu ilin mart ayında Rusiyada avtomobil istehsalı ötən ilin mart ayı ilə müqayisədə 70,5 faiz, əvvəlki ayla müqayisədə 60,5 faiz azalıb, apreldə istehsalın ötən illə müqayisədə 80 faizdən də çox azalacağı proqnozlaşdılır. Bu tendesiya Rusiyada yeni avtomobillərin qiymət bahalaşmasına, köhnə avtomobillərə də xidmət xərclərinin artmasına gətirib çıxarıb.

Eyni problem bir neçə aydan sonra Rusiya aviasiya və gəmiqayırma sənayesində də müşahidə olunacaq. Komplektləşdirici hissələrin təminatında yaranmış problemlər texnoloji məhsul istehsalının dayanmasına və məhdudlaşdırılmasına gətirib çıxaracaq ki, bu da milyonlarla iş yerlərinin bağlanması deməkdir. Ən geci payızda Rusiyada tətillər və sosial-iqtisadi tələblərlə etiraz aksiyaları kütləviləşəcək”, - ekspert qeyd edib.