Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb
26.04.2022
Türkiyə milli müdafiə naziri Hulusi Akar Almaniyada ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb.
"DM" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi Tvitter hesabında yayıb.
Akar, həmçinin, Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopoulosla da ayaqüstü söhbət edib.