Dnestryanıda hərbi hissə partladılıb
26.04.2022
Dnestryanıda növbəti partlayış baş verib.
"DM" xəbər verir ki, bu barədə qondarma qurumun rəhbəri Vadim Krasnoselskinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Parkana kəndi ərazisində yerləşən hərbi hissədə partlayış olub.
Krasnoselski dünəndən bəri Dnestryanıda baş verən partlayışlarla bağlı qondarma qurumun "təhlükəsizlik şurası”nın iclasını çağırıb.