40-a yaxın nazir Almaniyada toplanıb
26.04.2022
Almaniyanın Ramşteyn bazasında 40-a yaxın ölkənin müdafiə nazirlərinin Ukraynanın silahlanmasına dair tarixi toplantısı başlayıb.
Bu barədə AP məlumat yayıb.
"Toplantıda ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukraynanın müttəfiqləri müharibənin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Kiyevin müdafiə tələblərini yerinə yetirmək üçün göyü və yeri tərpətməyə davam edəcək”, - məlumatda deyilir.