Dnestryanıdan qaçış başlayıb: əhali Moldovaya üz tutur
26.04.2022
Dünəndən bəri baş verən partlayışlardan sonra Dnestryanı əhalisi Moldova hökumətinin nəzarət etdiyi ərazilərə axın etməyə başlayıb.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, hazırda Moldova istiqamətində yollarda avtomobil tıxacları yaranıb.
Lakin qondarma Dnestryanı hökuməti məlumatı təkzib edərək bildirib ki, tıxaclar Pasxa bayramından qayıdan insanların çox olması səbəbindən yaranıb.