“Yaquar” və “Volvo” Rusiya bazarını tərk edir
26.04.2022
Rusiyanın Ukraynada başlatdığı müharibə fonunda avtomobil konserni "Volvo Kars” və "Yaquar Land Rover” Rusiya ofisində işçilərinin əsas hissəsini ixtisar etməyə başlayıb.
Bu barədə "Kommersant” məlumat yayıb.
"Yaquar” və "Volvo” inzibati işçilər istisna olmaqla, işçilərinin 80%-ni ixtisar edir”, - məlumatda deyilir.