Motosikletçini döyən “Lexus” sahibi vəzifəsindən çıxarılıb? - VİDEO
26.04.2022
Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən "Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
Ehtimala görə, baş vermiş hadisədən sonra onun hətta inzibati işdə qalması belə mümkün görünmür və o, bu vəzifədən də azad olunacaq.
Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb