Bayden Ukraynaya yeni səfir göndərəcək
25.04.2022
ABŞ Prezidenti Co Bayden Bricit Brinkin Ukraynaya səfir postuna namizədliyini elan edib.
Bu barədə Ağ Ev məlumat yayıb.
"Prezident Bayden bu gün veteran amerikalı diplomat Bricit Brinkin Ukraynada fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Bricit Brink hazırda ABŞ-ın Slovakiyadakı səfiridir. Buna qədər o, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini və baş müşaviri vəzifəsində çalışıb.