21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən dələduz peyda olub - FOTO

25.04.2022

Bakı şəhəri Nizami rayonunun ərazisində özünü "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

Bu barədə "Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və qurumun xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edib.

Həmin şəxs Nizami rayonu R.Rüstəmov 50A ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacının quraşdırılmasını təklif edib. Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı "Azərsu” ASC-nin Nizami rayon Sukanal İdarəsinə müraciət edib.

İdarənin əməkdaşları hadisə baş verən obyektdə olub. Həmin şəxs ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub. Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Vətəndaşların diqqətinə çatdırılıb ki, xidməti vəzifələrini yerinə yetirən "Azərsu” əməkdaşlarından vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Əməkdaşların və ya özünü "Azərsu” ASC-nin işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

Abonentlərdən xahiş olunub ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.