Maduro xilas üçün bu ölkəyə gedir
13.09.2018
Venesuela Prezidenti Nikolas Maduro Çinə səfər edib.
"Dövran Media" xəbər verir ki, səfərdən öncə jurnalistlərə açıqlama verən Maduro Çinin Venesuela üçün çox vacib ölkə olduğunu deyib. O, bu səfər sayəsində Çinlə iqtisadiyyat, maliyyə, energetika, texnologiyalar sahəsində yeni razılaşmalar əldə etmək istədiyini bildirib.
Qeyd edək ki, son bir neçə il ərzində Venesuelada dərin böhran yaşanır.