KOBİA: “Qarabağda biznes qurmaq üçün 390-a yaxın xarici şirkət müraciət edib”
25.04.2022
"Müharibədən sonra KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarların müraciətləri toplanmağa başlanılıb”.
Bunu ulu öndərin sahibkarlarla görüşünün 20 iliyinə həsr olunmuş "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, bu işlər bu günə qədər də davam etdirilir:
"Bu istiqamətdə KOBİA-ya təxminən 1 100-ə qədər müraciət daxil olub, onlardan 390-a yaxını xarici şirkətlərdir. Sadalanan rəqəmlər həm yerli, həm xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağının göstəricisidir”.