Rustam Soli:“Birbaşa reysin açılması Azərbaycan ilə münasibətlərə töhfəsini verəcək”
25.04.2022
"Azərbaycan və Tacikistan arasında mehriban qardaşlıq münasibətləri qurulub".
Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş "dəyirmi masa”da bildirib.
"Ölkələrimiz arasında etimada əsaslanan qardaşlıq münasibətləri qurulur”, - səfir deyib.
O, ölkələr arasında normativ-hüquqi bazanın 62 sənəddən ibarət olduğunu, hazırda daha 20 sənədin baxılma prosesində olduğunu vurğulayıb: "İqtisadi sahələr üzrə işçi qruplarının yaradılması üzərində işləyirik”.
R.Soli səfirliyin təşəbbüsü ilə 2020-ci ilin aprel ayında Bakıda Tacikistan Ticarət Evinin açıldığını xatırladıb: "Hesab edirik ki, Bakı və Düşənbə arasında birbaşa reysin açılması da iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfəsini verəcək. Biz bunun üzərində iş aparırıq”.