Bakının Ukrayna ilə bağlı mövqeyinə Moskvadan reaksiya
25.04.2022
Moskva Bakı və İrəvanın Ukrayna ilə bağlı balanslaşdırılmış mövqeyini görür. Hətta görünməmiş xarici təzyiqlər və antirusiya kampaniyası şəraitində belə tərəfdaşlar milli maraqlara əsaslanan siyasət qurur.
"DM"xəbər verir ki, bu barədə Eusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
"Biz Azərbaycan və Ermənistanın Ukrayna ətrafındakı vəziyyət və Qərbin görünməmiş antirusiya kampaniyası ilə bağlı balanslaşdırılmış mövqeyini görürük. Azərbaycan və Ermənistan rəhbərliyinin üzləşdiyi xarici təzyiqi yaxşı bilirik və istər Bakıda, istərsə də İrəvanda xarici siyasət qurarkən onların ilk növbədə öz milli maraqlarını rəhbər tutmasını yüksək qiymətləndiririk”, - o bildirib.