Dünya ölkələrinin hərbi xərcləri iki trilyonu keçib
25.04.2022
Dünya ölkələrinin hərbi xərcləri 2021-ci ildə 2 trilyon 113 milyard dollara çatıb.
Dünya Problemlərinin Araşdırılması üzrə Stokholm Beynəlxalq İnstitutunun məlumatına görə, ötən il dünya ölkələrinin hərbi xərcləri 0,7 faiz artıb.
Hərbi xərclərə ən çox vəsait ayıran ölkələrin beşliyinə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiya daxil olub. Ümumi hərbi xərclərin 62 faizi həmin ölkələrin payına düşüb.
Birləşmiş Ştatların ötən il hərbi xərcləri 801 milyard, Çinin 293 milyard, Hindistanın 76,6 milyard, Rusiyanın 65,9 milyard olub.
Mənbə: RBC.ru