Anasını qətlə yetirən məktəblini hansı cəza gözləyir?
25.04.2022
Metronun "Neftçilər” stansiyasının qarşısında anasını qətlə yetirən 15 yaşlı məktəbli hansı məsuliyyət daşıyır? Onun yetkinlik yaşına çatmaması işlədiyi cinayətə görə məsuliyyətini azaldırmı?
Məsələ ilə bağlı açıqlama verən hüquqşunas, "Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov yeniyetmənin 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacağını bildirib.
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsində cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi müəyyənləşdirilmişdir. Belə ki, CM-in 20.2-ci maddəsinə görə, on dörd yaşı tamam olmuş şəxs qəsdən adamöldürməyə görə cinayət məsuliyyətinə cəlb edilir.
Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə görə isə, qəsdən adamöldürmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - hüquqşünas qeyd edib.